Yuxarı

​İranın XİN başçısının Türkiyəyə səfəri təxirə salınıb

Nazirlik səfərin baş tutmamasının səbəblərini açıqlamayıb

Bakı. 11 avqust . REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin Türkiyəyə rəsmi səfəri təxirə salınıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilib ki, İran xarici işlər nazirinin səfəri təxirə salınıb: "Nazirin Türkiyəyə səfəri ilə bağlı yeni tarix müəyyən edilməyib".

Nazirliyin mətbuat xidməti səfərin təxirə salınması səbəbinə aydınlıq gətirməyib.

Qeyd edək ki, bu gün M.Cavad Türkiyəyə rəsmi səfər edəcəkdi. Onun Ankarada Suriyadakı vəziyyəti və İŞİD-ə qarşı mübarizə məsələlərini müzakirə edəcəyi gözlənilirdi.

Rəsmi Ankaranın Tehrana Bəşər Əsədlə Suriyada siyasi problemin həllinin mümkün olmaması, terrorçu PKK-ya qarşı İranla əməkdaşlıq edilməsi, Kandilin (Türkiyə ərazisndək terrorçu PKK-nın düşərgəsi) hər iki dövlət üçün təhlükə mənbəyi olması mesajını verəcəyi ehtimal edilirdi.

M.Zərifin Türkiyədən sonra Livana getməsi və "Hizbullah" lideri Həsən Nəsrullah ilə görüşməsi nəzərdə tutulmuşdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi