Yuxarı

İranın XİN başçısı Rusiya qoşunlarının Suriyadan çıxarılmasını müsbət əlamət adlandırıb

Məhəmməd Cavad Zərif: İndi gözləməli və baxmalıyıq

Bakı. 15 mart. REPORT.AZ/ "Rusiyanın qoşunlarını Suriyadan çıxarmağa başlaması qərarı müsbət əlamətdir". "Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu sözləri bu gün Avstraliya paytaxtı Kanberrada İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Rusiyanın öz qoşunlarının bir hissəsini geri çəkməsi onların atəşkəsi qorumaq məqsədilə güc tətbiqindən yayındıqlarını göstərir. Bu, özü-özlüyündə müsbət əlamətdir. İndi gözləməli və nə olacağına baxmalıyıq", - deyə XİN başçısı bildirib.

Xatırladaq ki, bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin müdafiə nazirinə göstərişi əsasında Rusiya hərbi qrupunun Suriyadakı şəxsi heyəti geri dönüşə hazırlığa başlayıb, avadanlıqlar və maddi-texniki vəsaitlər hərbi nəqliyyat aviasiyasının təyyarələrinə yüklənilməyə başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi