Yuxarı
    Bağlamaq

    ​İranın XİN başçısı Ermənistan prezidenti ilə görüşəcək

    Səfər Məhəmmədcavad Zərifin erməni həmkarı Edvard Nalbandyanın dəvəti əsasında gerçəkləşdirilir

    Bakı. 26 yanvar. REPORT.AZ/Bu gün İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Ermənistana ikigünlük rəsmi səfər edəcək.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanvarın 27-də iranlı nazirin Ermənistan prezidenti Serj Sarqsyan, parlamentin sədri Qalust Saakyan və baş nazir Ovik Abramyanla görüşəcəyi planlaşdırılıb.

    Səfər M.Zərifin erməni həmkarı Edvard Nalbandyanın dəvəti əsasında gerçəkləşdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi