​İranın xarici işlər naziri Türkiyəyə gedir

​İranın xarici işlər naziri Türkiyəyə gedir Səfər çərçivəsində iranlı diplomat bir sıra rəsmi görüşlər keçirəcək
Region
18 Mart , 2016 10:17
​İranın xarici işlər naziri Türkiyəyə gedir

Bakı. 18 mart. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bu gün Türkiyəyə səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində iranlı diplomat Türkiyədə bir sıra rəsmi görüşlər keçirəcək.

Qeyd edək ki, M.Zərif ötən ilin avqustunda Türkiyəyə səfər edəcəkdi. Ancaq son anda açıqlanmayan səbəbdən bu səfər təxirə salınıb.

Xatırladaq ki, apreldə İran prezidenti Həsən Ruhaninin da Türk dövlətinə səfəri gözlənilir.

Son xəbərlər

Orphus sistemi