İranın Türkiyədəki baş konsulluqları sabah işləməyəcək

İranın Türkiyədəki baş konsulluqları sabah işləməyəcək Dekabrın 22-də fəaliyyət göstərilmədiyindən vətəndaşlardan müraciət etməmələri xahiş olunub
Region
21 Dekabr , 2016 20:29
İranın Türkiyədəki baş konsulluqları sabah işləməyəcək

Bakı. 21 dekabr. REPORT.AZ/ İranın Türkiyənin İstanbul, Ərzurum və Trabzon şəhərlərindəki baş konsulluqları dekabrın 22-də də bağlı olacaq.

“Report” Ulusalkanal-a istinadən xəbər verir ki, bu barədə Tehranın Ankaradakı səfirliyinin saytında məlumat yayılıb.

Diplomatik təmsilçilikdən bildirilib ki, dekabrın 22-də fəaliyyət göstərilmədiyindən vətəndaşlardan müraciət etməmələri xahiş olunub.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar İran tərəfi adı çəkilən şəhərlərdəki baş konsulluqlarının dekabrın 21-də fəaliyyət göstərməyəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi