Yuxarı

​Son iki ildə İranın Suriyada itirdiyi generalların adları və sayı açıqlanıb

Onların İŞİD və İsrail tərəfindən öldürüldüyü bildirilir

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bəşşar Əsəd hakimiyyətini dəstəkləyən İranın son iki ildə 8 generalı Suriyada həlak olub.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, son üç gündə İran İnqilab Keşikçiləri Qvardiyasının 3 generalı - briqada generalı Hüseyn Həmədani, general-mayor Fərşad Hasunizadə, briqada generalı Həmid Muxtarbənd Suriyada öldürülüb.

Suriyanın Dəməşq, Hələb və əl-Küneytr şəhərlərində öldürülən iranlı generallar isə bunlardır: Həsən Şeteri, Məhəmməd Cemalizadə, Abdullah İskenderi, Cabbar Derisavi və ƏIi Allahdadi.

Onların İŞİD və İsrail tərəfindən öldürüldüyü bildirilir.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki "Qüds" qolunun komandanı general Qasım Süleymaninin Suriyada, Lazkiye yaxınlığında olduğu haqda məlumat yayılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi