Bakı. 4 may. REPORT.AZ/ İranın sualt qayıqdan qanadlı raket buraxmaq cəhdi uğursuzluqla nəticələnib.
“Report” “Fox” televiziyasına istinadən xəbər verir ki, bunun ilk cəhd olub-olmaması hələlik məlum deyil.
Məlumata görə, İran sınağı suda yerləşən “Yono” tipli sualtı qayıqda keçirməyə səy göstərib. “Yono” tipli sualtı qayıq 1965-ci ildə Şimali Koreyada istehsal olunub. 2007-ci ildə İran həmin qayığı modifikasiya edərək ona “Qədir” adı verib. Sualtı qayığın su tutumu 120-130 ton, uzunluğu isə 22-29 metrdir.