​İranın Səudiyyə Ərəbistanında maraqlarını İsveçrə müdafiə edəcək

​İranın Səudiyyə Ərəbistanında maraqlarını İsveçrə müdafiə edəcək Krallıq da İsam Respublikasındakı maraqlarının qorunması üçün bu ölkə ilə diplomatik danışıqlar aparacaq
Region
15 Fevral , 2016 20:07
​İranın Səudiyyə Ərəbistanında maraqlarını İsveçrə müdafiə edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ İsveçrə İranın Səudiyyə Ərəbistanındakı maraqlarını qorumağa hazır olduğunu bildirib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri-Ənsari İranın Səudiyyə Ərəbistanındakı maraqlarının qorunması ilə bağlı suala cavabında söyləyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı da İsam Respublikasındakı maraqlarının qorunması üçün İsveçrə ilə diplomatik danışıqlar aparacaq.

Bu prosesdən sonra İsveçrə krallığın mənafeyini Tehranda, İslam Respublikasının maraqlarını isə ər-Riyadda qoruyacaq.

Qeyd edək ki, bu ilin yanvarında Səudiyyə Ərəbistanının İrandakı səfirliyi və konsulluğunun binalarına hücumdan sonra Səudiyyə Ərəbistanı İranla bütün əlaqələrini kəsib. 

Son xəbərlər

Orphus sistemi