İranın şərqində yeni terror qruplaşması peyda olub

İranın şərqində yeni terror qruplaşması peyda olub Hazırda Tehran sözü gedən qruplaşmanın potensial təhlükəsi barədə məlumat toplayır
Region
4 Fevral , 2015 23:46
İranın şərqində yeni terror qruplaşması peyda olub

Bakı. 4 fevral. REPORT.AZ/ İranın şərqində sərhədyanı rayonlarda İraq və Suriyada qanlı cinayətlərə imza atan "İslam Dövləti" qruplaşmasına ilə əlbir olan yeni bir silahlı təşkilat peyda olub.

"Report" TASS agentliyinə istinadla xəbər verir ki, İran Daxili İşlər nazirinin müavini Hüseyin Zülfüqari hazırda sözü gedən qruplaşmanın potensial təhlükəsi barədə ətraflı məlumat toplandığını bildirib.

"Biz bu silahlı qruplaşma haqqında araşdırma aparırıq", deyə H.Zülfüqari vurğulayıb.

Qeyd edək ki, son aylarda İran höküməti Əfqanıstan və Pakistanla sərhədlərdə təhlükəsizlik tədbirlərini artırıb. Bölgəyə əlavə hərbi qüvvələr cəmləşdirilib.

Son xəbərlər

Orphus sistemi