Möhsün Pakayin: "İlin sonunadək Naxçıvandan İranın istənilən bölgəsinə qatarla gediş-gəliş təmin olunacaq"

Möhsün Pakayin: "İlin sonunadək Naxçıvandan İranın istənilən bölgəsinə qatarla gediş-gəliş təmin olunacaq" Səfir: "Azərbaycanlı sərmayədarlar İslam Respublikasındakı banklardan kredit ala bilərlər"
Region
1 İyun , 2016 13:54
Möhsün Pakayin: İlin sonunadək Naxçıvandan İranın istənilən bölgəsinə qatarla gediş-gəliş təmin olunacaq

Bakı. 1 iyun. REPORT.AZ/ "Azərbaycan investorları İranda iqtisadi fəaliyyət üçün nəzərdə tutulan güzəştlərdən faydalana bilərlər". "Report" İRİB-ə istinadən xəbər verir ki, bunu Tehranın Bakıdakı səfiri Möhsün Pakayin İranın Azərbaycanla bağlı iqtisadi siyasətini açıqlayarkən bildirib.

Səfir xarici sərmayələrin cəlb edilməsi, iş adamlarının İranda fəaliyyəti üçün müxtəlif güzəştlərin olduğuna və ixracatın inkişaf etdirilməsi proqramlarına toxunub: "Azərbaycanlı sərmayədarlar və İran mallarının ixracatçıları da həmin güzəştlərdən faydalana, İslam Respublikasındakı banklardan kredit ala bilərlər".

O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində iki ölkənin dəmir yolları şəbəkəsinin bir-birinə qovuşmasını Azərbaycan və İran üçün gəlirli plan sayıb: "Üç ayadək Culfa (Azərbaycan) - Təbriz dəmir yolunun infrastrukturu təkmilləşdirliəcək, 2016-cı ilin sonunadək Naxçıvandan İranın istənilən bölgəsinə, xüsusilə Məşhəd şəhərinə qatarla gediş-gəliş təmin olunacaq".

M.Pakayin Azərbaycan üçün İranın həmsərhəd əyalətləri ilə əlaqə və əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını xatırladıb: "Ənzəli, Maku və Araz azad iqtisadi zonalarının fəaliyyətini nəzərə alaraq, Azərbaycan sərmayədarları bu zonalarda yaradılan iqtisadi imkanlar və güzəştlərdən faydalana bilərlər".

Son xəbərlər

Orphus sistemi