Yuxarı
    Bağlamaq

    ​İranın Qərbi Azərbaycan vilayətində terror aktlarının qarşısı alınıb

    Ekstremistlər burada partlayışlar törətməyi planlaşdırıblar

    Bakı. 22 noyabr. REPORT.AZ/ İranın xüsusi xidmət orqanları tərəfindən aparılan anti-terror əməliyyatları zamanı iki ekstremist qrupu zərərsizləşdirilib, onlardan partlayıcı maddə və silah götürülüb.

    "Report" "Press TV"yə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

    Dəstələrdən biri ölkənin şərqində zərərsizləşdirilib. Onlar burada on partlayıcı qurğunu işə salaraq terror aktları törətməyi planlaşdırıblar. Partlayıcı maddələrin ümumi çəkisi 150 kq. təşkil edib.

    Digər qruplaşma ekstremistlərin partlayışlar törətməyə hazırlaşdıqları Qərbi Azərbaycan vilayətində zərərsizləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi