Yuxarı
    Bağlamaq

    İranın Qərbi Azərbaycan vilayətindəki partlayışda 13 ölü, 11 yaralı var

    Hadisəyə Xoy yaxınlığındakı Şorik yaşayış məntəqəsində evlərdən birində su qızdırıcı sistemindən qaz sızması səbəb olub

    Bakı. 5 iyul. REPORT.AZ/ İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində qaz balonu partlayıb. 

    "Report" TASS-a istinadən xəbər verir ki, nəticədə güclü yanğın çıxıb, 13 nəfər həyatını itirib, 11 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

    Hadisəyə Xoy yaxınlığındakı Şorik yaşayış məntəqəsində evlərdən birində su qızdırıcı sistemindən qaz sızması səbəb olub. 

    Yaralılar Təbriz, Urmiya, Tehran və İsfahan şəhərindəki xəstəxanalara yerləşdiriliblər. Həkimlər onların həyatlarını xilas etmək üçün mübarizə aparır. 

    Xəbərdə qurbanların sayının çox olmasına səbəb kimi hadisə yerinə yanğınsöndürənlərin vaxtında gəlməməsi və Xoy şəhərindəki tibb müəssisələrində yanıq şöbələrinin olmaması göstərilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi