Yuxarı

İranın nüvə proqramı müzakirə olunacaq

İran gizli şəkildə hərbi təyinatlı nüvə proqramına malik olduğu barədə güclu dövlətlərin ittihamlarını rədd edir

Bakı. 8 noyabr. REPORT.AZ/ABŞ dövlət katibi, Aİ xarici işlər komissarı və İranın xarici işlər naziri arasında həftəsonu keçəcək görüşdən əvvəl Beynəlxalq Atom Energetikası Agentliyi (IAEA) İranın nüvə proqramı ilə bağlı cavabını tapmayan sualların qaldığını bildirib.

BBC-nin tanış olduğu beynəlxalq agenliyinin məxfi hesabatında İran proqramının mümkün hərbi təyinatlı ölçüsünə dair araşdırmada tərəqqinin əldə olunmadığı qeyd edilir.

"Report" bildirir ki, hesabat nüvə proqramı ilə bağlı İran və dünyanın aparıcı 6 dövləti arasında razılaşmanının əldə olunmasına yönələn səylərə xələl gətirə bilər.

John Kerry, Catherine Ashton və Mohammad Javad Zarif arasında Omanda keçəcək görüş nüvə proqramı ilə bağlı danışıqların yekunlaşmasına qoyulan son müddətin bitməsindən əvvəl yer alır.

İran gizli şəkildə hərbi təyinatlı nüvə proqramına malik olduğu barədə güclu dövlətlərin ittihamlarını rədd edir.

İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadan ibarət P5+1 qrupu arasında aparılan danışıqların məqsədi sanksiyaların ləğvi əvəzində nüvə proqramının məhdudlaşdırılmasına dair Tehranın razılığını almaqdır.

IAEA İranda nüvə öbyektlərinin mütəmadi təftişlərini həyata keçirir, lakin agentlik gizli proqram barədə iddialara da cavab eşitmək istəyir.

May ayında İran şübhələr doğuran obyektlərdən ikisinə dair avqustadək məlumat verəcəyini bildirib. Lakin IAEA bu vədin hələ ki, yerinə yetirilmədiyini bildirir.

IAEA tərəfindən aparılan araşdırma dünya güclərilə İran arsındakı danışıqlarla bağlı olmasa da ABŞ hesab edir ki, iddialara cavab verməklə İran yalnız dinc məqsədli proqrama malik olduğunu təsdiqləyəcək.

Cümə axşamı ABŞ prezidentinin İranın dini rəhbərinə "gizli məktub" yazdığı məlum olub. İddia edilir ki, Barack Obama Ayətullah Əli Xameneyiyə ünvanladığı məktubda İslam Dövləti qruplaşmasına qarşı mübarizədə iki ölkənin şərik maraqları qeyd edilir.

Bu Barack Obamanın 2009-cu ildə prezident seçilməsindən sonra İran liderinə yazdığı deyilən sayca 4-cü məktubdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi