İranın neft emalı zavodunda yanğın baş verib

İranın neft emalı zavodunda yanğın baş verib Ən azı 100 nəfər yaralanıb
Region
26 İyun , 2017 17:14
İranın neft emalı zavodunda yanğın baş verib

Bakı. 26 İyun. REPORT.AZ/ İranın İsfahan şəhərindəki neft emalı zavodunda yanğın baş verib, ən azı 100 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Yanğın kükürdün saxlanma bazasında bazar ertəsi səhər başlayıb. Xəsarət alanların əksəriyyətində qazla zəhərlənmənin əlamətləri aşkar edilib, onlardan bəziləri xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbi hələlik müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi