​İran Nazirlər Kabinetində kadr dəyişikliyi ediləcək

​İran Nazirlər Kabinetində kadr dəyişikliyi ediləcək Onların arasında prezident Həsən Ruhaninin müavinin də adı var
Region
16 May , 2016 19:25
​İran Nazirlər Kabinetində kadr dəyişikliyi ediləcək

Bakı. 16 may. REPORT.AZ/ İranda dörd nazirin, prezident Həsən Ruhaninin bir müavinin, prezidentin baş müşaviri və daha bir dövlət qurumunun başçısının dəyişdiriləcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Ölkənin keçmiş prezidenti Əliəkbər Haşimi Rəfsəncaniyə yaxınlığı ilə tanınan "Arman" qəzeti yazıb ki, tutduqları vəzifədən uzaqlaşdırılacaq məmurların arasında ən çox bunların adları hallanır: prezidentin müavini Məhəmməd Şəriətmədari, əmək və sosial işlər naziri Əli Rabii, sənaye, dağ-mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə, gənclər və idman naziri Mahmud Gudərzi, milli təhsil naziri Əliəsgər Fani və Pensiya Fondunun sədri Mahmud İslamian. 

Son xəbərlər

Orphus sistemi