​KİV: İranın mindən çox hərbçisi Suriyadadır

​KİV: İranın mindən çox hərbçisi Suriyadadır Onlar Əsəd silahlılarına Hamadakı hərbi əməliyyatda yardım ediblər
Region
14 Oktyabr , 2015 09:29
​KİV: İranın mindən çox hərbçisi Suriyadadır

Bakı. 14 oktyabr. REPORT.AZ/ İranın mindən çox hərbçisi və "Hizbullah"ın döyüşçüləri Suriyanın Hələb əyalətində irimiqyaslı hücuma hazırlaşırlar.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Xəbərə görə, onların hücumu Rusiya aviasiyasının müşayiəti ilə gerçəkləşdiriləcək.

Məlumatda bildirilib ki, ötən həftə Hama əyalətində Bəşşar Əsədin silahlı qüvvələrinin keçirdiyi quru əməliyyatında İran hərbçiləri də iştirak edib.

Xəbərdə bildirilib ki, Suriyanın ikinci şəhəri sayılan Hələbdə Əsəd silahlıları, mülayim müxalifət və "Cəbhe ən-Nusra" arasında döyüşlər davam edir. 

Son xəbərlər

Orphus sistemi