Yuxarı

​İranın kəşfiyyat naziri İraqın şimalına səfər edib

Mahmud Ələvinin səfəri İraqın şimalındakı hökumətin müstəqilliklə bağlı referenduma hazırlaşdığı ərəfədə reallaşıb

Bakı. 16 may. REPORT.AZ/ İranın milli təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) Mahmud Ələvi İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin hökumət başçısı Neçirvan Barzani ilə görüşüb.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

İranlı nazir və N.Barzani İslam Respublikası ilə muxtariyyət arasında əlaqlərin genişləndirilməsi və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Mahmud Ələvinin səfəri İraqın şimalındakı hökumətin müstəqilliklə bağlı referenduma hazırlaşdığı ərəfədə reallaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi