İranın hərbi təyyarəsi qəzaya uğrayıb, iki pilot ölüb

İranın hərbi təyyarəsi qəzaya uğrayıb, iki pilot ölüb Hadisə ölkənin cənub-şərqində yerləşən Çaharbahar şəhərində baş verib
Region
12 Yanvar , 2016 17:04
İranın hərbi təyyarəsi qəzaya uğrayıb, iki pilot ölüb

Bakı. 12 yanvar. REPORT.AZ/ İranın Hərbi Hava Qüvvələrinə aid qırıcı təyyarənin təlim zamanı qəzaya uğraması nəticəsində iki pilot ölüb. 

"Report" "Təsnim" agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Sistan-Bəlucistan əyalətinin təhlükəsizlik məsələləri üzrə başçısının müavini Əliəsgər Mirşikari bildirib.

Məlumata görə, hadisə ölkənin cənub-şərqində yerləşən Çaharbahar şəhərində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır. 


Son xəbərlər

Orphus sistemi