Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün İranın cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanın ocağı 10 km dərinlikdə, Firuzabad şəhərindən 66 kilometr cənub-qərbdə yerləşib.
Qurbanlar və dağıntılar haqda xəbər verilməyib.