Bakı. 25 avqust. REPORT.AZ/ İranın atom-nüvə obyektlərində yoxlama işlərinin aparılması üçün ildə 9,2 milyon avro maliyyə lazımdır.
"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beyənlxalq Agentliyin (AEBA) baş direktoru Yukia Amano bildirib.
"Təxminən 3 milyon avro əlavə protokol çərçivəsində görüləcək tədbirlərə xərclənəcək. 6,2 milyon avro isə təftiş və monitorinqə, o cümlədən müfəttişlərin xərclərinə sərf ediləcək", - AEBA-nın baş direktoru vuğulayıb.
Xatırladaq ki, bu il iyulun 14-də nüvə proqramına dair "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ilə İran arasında razılaşma əldə olunub.