Yuxarı

​İranın "altılıq" ölkələri ilə danışıqlarının tarixi açıqlanıb

Üç ay ərzində isə diplomatlar və mütəxəssislər anlaşmanın detallarını razılaşdıracaqlar

Bakı. 14 aprel. REPORT.AZ/ İranın nüvə proqramı üzrə rəsmi Tehranla "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çin) ilə danışıqlar aprelin 21-də keçiriləcək.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Xatırladaq ki, yekun sənədlə bağlı razılaşma aprelin 2-də əldə olunub. Yekun razılaşma sənədi isə 2015-ci il iyunun sonunda imzalanacaq. O vaxtadək diplomatlar və mütəxəssislər anlaşmanın detallarını razılaşdıracaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi