Yuxarı
    Bağlamaq

    İranın ali rəhbəri iqtisadi problemin həlli üçün hakimiyyətə tapşırıq verib

    Dinlə

    Bakı. 11 oktyabr. REPORT.AZ/ "Ölkədəki iqtisadi problemlər səbəbindən İran əhalisinin alıcılıq qabiliyyəti aşağı düşüb".

    “Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikasının ali rəhbəri, ayətullah Seyid Əli Xamənei ölkəsinin iqtisadi problemləri ilə bağlı toplantıda bildirib.

    İran ali rəhbərinin Mətbuat xidməti bildirib ki, Xamənei Tehranda ali qanunverici, icaredici və məhkəmə orqanlarının başçıları ilə görüşüb. Görüşdə o, qiymətlərin bahalığından və bu səbəbdən əhalinin, xüsusilə aztəminatlı ailələrin alıcılıq qabiliyyətinin pisləşdiyini vurğulayıb.

    Məlumata görə, ayətullah Xamənei hakimyyətə iqtisadi problemlərin təcili olaraq həll edilməsi ilə bağlı göstəriş verib: “Tənzimləyə və həll edə bilməyəcəyimiz böhran və problem yoxdur. Hakimiyyət iqtisadi böhrandan çıxış yolu tapmalıdır. Bank, likvidlik, işsizlik və inflyasiya problemini həll etmək üçün ciddi addımlar atılmalıdır”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi