İranın ali rəhbəri “F-35”in ölkənin sərhədini pozmasına görə komandanı işdən çıxarıb

İranın ali rəhbəri “F-35”in ölkənin sərhədini pozmasına görə komandanı işdən çıxarıb Bakı. 11 iyun. REPORT.AZ/ İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi ölkənin Hərbi Hava Qüvvələri komandanı general Fərzad İsmailini işdən çıxarıb.
Region
11 İyun , 2018 14:44
İranın ali rəhbəri “F-35”in ölkənin sərhədini pozmasına görə komandanı işdən çıxarıb
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi ölkənin Hərbi Hava Qüvvələri komandanı general Fərzad İsmailini işdən çıxarıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, İsrailə məxsus “F-35” qırıcının İranın hava məkanını pozması generalın işini itirməsinə səbəb olub. 

Bildirilib ki, İsrailin döyüş təyyarəsi İranın Tehran, Kərəc, İsfahan, Şiraz və Bəndə Abbas şəhərlərinin üzərindən uçuş edib.

İsrail ABŞ istehsalı olan “F-35” döyüş təyyarəsindən istifadə edən ilk ölkə olub.

Qeyd edək ki, bu il martın sonunda İsrail Hərbi Hava Qüvvələrinə aid iki “F-35” tipli qırıcının Suriya, İraq və İranın hava məkanını pozması barədə məlumat yayılmışdı. 

Son xəbərlər

Orphus sistemi