Yuxarı
    Bağlamaq

    İranın ali rəhbəri amerikalı hərbçiləri tutan qvardiyaçıları mükafatlandırıb

    İran ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmini saxlayaraq göyərtədəki 10 dənizçini tutmuşdu

    Bakı. 25 yanvar. REPORT.AZ/ İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenəi ABŞ hərbçilərini saxlayan İslam Respublikası İnqilab Keşikçiləri Qvardiyasının matroslarını mükafatlandırıb.

    "Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

    Qeyd edək ki, İran yanvarın 12-də Bəsrə körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmini saxlayaraq, göyərtədəki 10 dənizçini tutmuşdu. Bir neçə gündən sonra ABŞ hərbçiləri sərbəst buraxılmışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi