İranın ali rəhbəri xarici ölkələrdəki səfirlərlə görüşüb

İranın ali rəhbəri xarici ölkələrdəki səfirlərlə görüşüb Görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də iştirak edib
Region
1 Noyabr , 2015 15:44
İranın ali rəhbəri xarici ölkələrdəki səfirlərlə görüşüb

Bakı. 1 noyabr. REPORT.AZ/ İranın ali rəhbəri ayətullah Əli Xamenei İranın xarici ölkələrdəki səfirləri ilə görüş keçirib.

"Report" "Press TV"yə istinadən xəbər verir ki, görüşdə, həmçinin İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də iştirak edib.

Görüşdə ayətullah Ə.Xamenei ölkənin fəaliyyət istiqamətini dəyişməyə cəhdlərə görə, ABŞ-ı tənqid edib. İslam Respublikasının ali rəhbəri, həmçinin regional məsələləri müzakirə edib.

Qeyd edək ki, görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də iştirak edib.

Son xəbərlər

Orphus sistemi