​İranın ali dini lideri mindən çox məhbusu əfv edib

​İranın ali dini lideri mindən çox məhbusu əfv edib Xamenei fərmanı İslam İnqilabının qələbə günü münasibəti ilə imzalayıb
Region
11 Fevral , 2016 04:55
​İranın ali dini lideri mindən çox məhbusu əfv edib

Bakı. 11 fevral. REPORT.AZ/ İranın ali dini lideri ayətulla Əli Xamenei İslam İnqilabının Qələbə günü münasibəti ilə mindən çox məhbusun əfv edilməsi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə onun rəsmi saytında bildirilir.

Məlumata görə, Xamenei çərşənbə günü inqilabın qələbə günü ərəfəsində məhkəmə hakimiyyətinin ölkənin mülki, inqilabi və hərbi məhkəmələrinin hökmü ilə məhkum edilmiş 1059 məhbusun əfv edilməsinə dair təklifi ilə razılaşıb.

Dustaqların əfv edilməsinə dair ərizə Xameneiyə İran Ali Məhkəməsinin ayətulla Sadiq Amili Laricani tərəfindən göndərilib.

Son xəbərlər

Orphus sistemi