Bakı. 19 yanvar. REPORT.AZ/ Beynəlxalq sanksiyalar götürüldükdən sonra İranın xarici ölkə banklarındakı 32 milyard dollar vəsaitin üzərinə qoyulan həbs götürülüb.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu haqda İranın Mərkəzi Bankı açıqlama yayıb.
Məlumata görə, həmin maliyyə vəsaitinin 4 milyard dolları tezliklə İranın dövlət büdcəsinə köçürüləcək. Qalan 28 milyard dolların isə xarici banklardan birinin "təhlükəsiz hesabı"nda saxlanılması planlaşdırılır.