Yuxarı

İranda zəlzələ olub, 5 nəfər ölüb

İranda zəlzələ olub, 5 nəfər ölüb
Zəlzələnin episentri Fars əyalətinin Xünc şəhəri yaxınlığında yerləşən Saifabad kəndində olub

Bakı. 6 yanvar. REPORT.AZ/ İranın cənubunda baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Bu barədə "Report" "PressTV"yə istinadən xəbər verir.

Zəlzələnin episentri Fars əyalətinin Xünc şəhəri yaxınlığında yerləşən Saifabad kəndində olub.

İlkin məlumatlara görə, ölənlərin hamısı yerli təsərrüfatlarda işləyən Əfqanıstan vətəndaşlarıdır. Xəsarət alanlardan biri də əfqanıstanlıdır.

Hazırda xəsarət alanlara yardım göstərilir, zəlzələnin nəticələrinin qiymətləndirilməsi prosesi gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi