İranda zəlzələ olub, 5 nəfər ölüb

İranda zəlzələ olub, 5 nəfər ölüb Zəlzələnin episentri Fars əyalətinin Xünc şəhəri yaxınlığında yerləşən Saifabad kəndində olub
Region
6 Yanvar , 2017 12:14
İranda zəlzələ olub, 5 nəfər ölüb

Bakı. 6 yanvar. REPORT.AZ/ İranın cənubunda baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Bu barədə "Report" "PressTV"yə istinadən xəbər verir.

Zəlzələnin episentri Fars əyalətinin Xünc şəhəri yaxınlığında yerləşən Saifabad kəndində olub.

İlkin məlumatlara görə, ölənlərin hamısı yerli təsərrüfatlarda işləyən Əfqanıstan vətəndaşlarıdır. Xəsarət alanlardan biri də əfqanıstanlıdır.

Hazırda xəsarət alanlara yardım göstərilir, zəlzələnin nəticələrinin qiymətləndirilməsi prosesi gedir.

Son xəbərlər

Orphus sistemi