İranda zəlzələ olub

İranda zəlzələ olub Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yayılmayıb
Region
19 Mart , 2018 10:20
İranda zəlzələ olub

Bakı. 19 mart. REPORT.AZ/ İranın cənubunda yerləşən Buşehr əyalətində 5 bal gücündə zəlzələ olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanlar martın 19-da Bakı vaxtı ilə səhər saat 9 radələrində 11 km dərinlikdə baş verib. Zəlzələnin mərkəzi əyalətin Gonaveh rayonu olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi