İranda zəlzələ olub

İranda zəlzələ olub Bakı. 17 oktyabr. REPORT.AZ/ İranın qərbində yerləşən Kirmanşah əyalətinin Qəsr-i-Şirin rayonunda 4,9 bal gücündə zələzələ olub.
Region
17 Oktyabr , 2018 09:47
İranda zəlzələ olub
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ İranın qərbində yerləşən Kirmanşah əyalətinin Qəsr-i-Şirin rayonunda 4,9 bal gücündə zələzələ olub.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.

Ölən, yaralanan və dağıntı barədə hələlik məlumat yayılmayıb.

Qeyd edək ki, Qəsr-i-Şirin İraqla sərhəddə yerləşir.

Xatırladaq, ötən il noyabrın 12-də Kirmanşahda baş vermiş zəlzələ nəticəsində 620 nəfər ölmüş, 8 mindən çox insan yaralanmışdı. 

Son xəbərlər

Orphus sistemi