Yuxarı

​İranda zəlzələ olub

Fövqəladə Hallar Nazirliyi yerli idarəsinin baş direktoru xilasedicilərin bölgəyə cəlb edildiklərini deyib

Bakı. 15 may. REPORT.AZ/ İranın cənub-qərbində yerləşən Sistan-Bəlucistan əyalətinin Çabehar rayonunda 5,3 bal gücündə zəlzələ olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi açıqlama yayıb.

Xəbərə görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Fövqəladə Hallar Nazirliyi yerli idarəsinin baş direktoru xilasedicilərin bölgəyə cəlb edildiklərini deyib. Onun sözlərin görə, ölən və xəsarət alanlar haqda hələlik məlumat yoxdur.

Qeyd edək ki, sonuncu dəfə ötən həftə İranın Rəzəvi-Xorasan əyalətinin Kaşmir rayonunda 5,2 bal gücündə zəlzələ olub. Onda 35 nəfər yaralanmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi