Yuxarı
    Bağlamaq

    ​İranda zəlzələ baş verib

    Hadisə yerinə xilasedicilər cəlb edilib

    Bakı. 29 mart. REPORT.AZ/ İranın Kirman əyalətində 5 bal gücündə zəlzələ olub.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz bildirib.

    Məlumata görə, yeraltı təkanlar 14 km dərinlikdə baş verib. Təkanların mərkəzi isə əyalətin Menucan şəhəri olub.

    Hadisə yerinə xilasedicilər cəlb edilib.

    İlkin məlumata əsasən, xəsarət alan və dağıntı yoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi