Yuxarı

İranda zəlzələ zamanı xəsarət alanların sayı 250-yə çatıb - YENİLƏNİB

Xeyli maddi ziyan dəyib

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında İranda baş vermiş güclü zəlzələdə ən azı 250 nəfər xəsarət alıb. Bu barədə Report AFP-yə istinadən xəbər verir. 

"250 nəfərə qədər insan xəsarət alıb" - deyə, böhran əleyhinə ştabın rəhbəri Əhməd Kərəmi bildirib. O qeyd edib ki, ölənlər haqqında məlumat daxil olmayıb. 

IRNA agentliyinin məlumatına görə, böyük dağıntılar Murmuri şəhəri və regionun daha 8 yaşayış məntəqəsində baş verib. 

6,2 maqnitudada yeraltı təkanlar İraqla sərhəddəki İlam əyalətinin Abdanan şəhərinin yaxınlığında qeydə alınıb. 


12.41

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün səhər İranda baş vermiş güclü zəlzələ nəticəsində təxminən 40 nəfər xəsarət alıb. Bu barədə Report Ria Novostiyə istinadən xəbər verir. 

6,2 maqnitudada yeraltı təkanlar İraqla sərhəddəki İlam əyalətinin Abdanan şəhərinin yaxınlığında qeydə alınıb.

"Xoşbəxtlikdən ölüm xəbəri yoxdur. Xəsarət alanlar var, xeyli maddi zərər dəyib" - deyə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi İran televiziyasında çıxışı zamanı bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi