İranda Xomeyninin məqbərəsinə hücum edənlərdən ikincisi zərərsizləşdirilib - YENİLƏNİB-3

İranda Xomeyninin məqbərəsinə hücum edənlərdən ikincisi zərərsizləşdirilib - YENİLƏNİB-3 Rəsmi məlumata görə, məqbərəyə hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Region
7 İyun , 2017 14:08
İranda Xomeyninin məqbərəsinə hücum edənlərdən ikincisi zərərsizləşdirilib - YENİLƏNİB-3

Bakı. 7 iyun. REPORT.AZ/ İran hökuməti Tehranda ayətullah Xomeyninin məqbərəsi ərazisində ikinci partlayış baş verməsi ilə bağlı informasiyanı təkzib edib.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, hücumu həyata keçirənlərdən biri üzərindəki bombanı partladıb, ikincisi isə zərərsizləşdirilib.

Qeyd edək ki, daha əvvəl IRIB telekanalı məqbərə ərazisində ikinci partlayışın olduğunu məlumat verib.

Rəsmi məlumata görə, məqbərəyə hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.


***13:11

İranda Xomeyninin məqbərəsi ərazisində ikinci partlayış baş verib.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, daha bir terrorçu-kamikadze özünü məqbərə ərazisində partladıb.

Ölən və yaralananlar haqqında məlumat yoxdur.


***11:26

Bakı. 7 iyun. REPORT.AZ/ Xomeyninin məqbərəsinə silahlı hücum zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Bu barədə "Report" İran KİV-inə istinadən xəbər verir.


***10:46

İranda Xomeyninin məqbərəsində silahlı şəxs atəş açıb.

Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

Yerli hakimiyyət orqanları yaralılar olduğu barədə məlumat verib.

Xomeyni məqbərəsinə hücum edənlərin ikisi saxlanılıb, üçüncü şəxs bombalı kəməri partladıb.

Son xəbərlər

Orphus sistemi