İranda üç polisi qəsdən öldürən avtobus sürücüsü edam olunub

İranda üç polisi qəsdən öldürən avtobus sürücüsü edam olunub Bakı. 18 iyun. REPORT.AZ/ İranda paytaxt Tehran küçələrində yaşanmış iğtişaşlar zamanı üç polisi vuraraq qəsdən öldürən avtobus sürücüsü edam edilib.
Region
18 İyun , 2018 15:46
İranda üç polisi qəsdən öldürən avtobus sürücüsü edam olunub

Bakı. 18 iyun. REPORT.AZ/ İranda paytaxt Tehran küçələrində yaşanmış iğtişaşlar zamanı üç polisi vuraraq qəsdən öldürən avtobus sürücüsü edam edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, avtobus sürücüsü Məhəmməd Salas fevral ayında Pasdaran küçəsində avtobusu polislərə qəsdən çırpdığını etiraf edib və həmin zaman qəzəbli olduğunu bildirib.

Qeyd edək ki, Tehrandakı iğtişaşlar fevralda "Dərvişi Qonabadi" sufi təriqətinin lideir Nurəli Tabandenin həbsindən sonra başlayıb. Təriqət üzvlərinin səbəbkar olduğu iğtişaşlarda ümumilikdə 5 polis öldürülüb, 30-u yaralanıb. 

Son xəbərlər

Orphus sistemi