Ukrayna XİN Tehranda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin siyahısını dərc edib ƏLAVƏ OLUNUB

Ukrayna XİN Tehranda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin siyahısını dərc edib ƏLAVƏ OLUNUB Tehranda Ukrayna təyyarəsinin qəzaya uğraması zamanı ölənlərin ilkin siyahısı açıqlanıb. Siyahıda 180 nəfər var.
Region
8 Yanvar , 2020 12:04
Ukrayna XİN Tehranda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin siyahısını dərc edib  ƏLAVƏ OLUNUB

Tehranda Ukrayna təyyarəsinin qəzaya uğraması zamanı ölənlərin ilkin siyahısı açıqlanıb. Siyahıda 180 nəfər var.

"Report" xəbər verir ki, bu barədə "News Front" portalı məlumat yayıb.

Ölənlərin əksəriyyəti Kanada vətəndaşı olub:

Ukrayna vətəndaşları - 15 nəfər (2 sərnişin və 13 ekipaj üzvü)

İran vətəndaşları - 71;

Kanada vətəndaşları -73;

Almaniya vətəndaşları - 4;

Böyük Britaniya vətəndaşları - 3;

İsveç vətəndaşları - 8;

Əfqanıstan vətəndaşları - 6.

***

Ukrayna Xarici İşlər Nazirliyi Tehranda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin siyahısını dərc edib.

Rəsmi məlumata görə, qəza nəticəsində 82 İran, 63 Kanada, 11 Ukrayna, 10 İsveç, 4 Əfqanıstan, 3 Almaniya və 3 Böyük Britaniya vətəndaşı ölüb.

Son xəbərlər

Orphus sistemi