Yuxarı
    Bağlamaq

    İranda terror aktlarını törətməkdə şübhəli bilinən daha 8 nəfər saxlanılıb

    Onlardan 7-si Tehran yaxınlığındakı Fərdis şəhərində, daha 1 nəfər isə Kərəc şəhəri yaxınlığında tutulub

    Bakı. 10 iyun. REPORT.AZ/ İran hüquq-mühafizə orqanları bu gün Tehranda terror aktları törətməkdə şübhəli bilinən 8 nəfəri saxlayıb. 

    "Report" İranın "Press TV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin nümayəndəsi Əhməd Fazelian bildirib. 

    Onun sözlərinə görə, çərşənbə günü Tehranda baş verən silahlı hücumları dəstəkləməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb, onlardan 7-si Tehran yaxınlığındakı Fərdis şəhərində, daha 1 nəfər isə Kərəc şəhəri yaxınlığında tutulub.

    Qeyd edək ki, bir müddət əvvəl 5 nəfərin tutulduğu və istintaqın başladığı barədə məlumat yayılmışdı. Onlar Suriyanın Rakka və İraqın Mosul şəhərlərində terrorçu İŞİD qruplaşmasının tərkibində olublar.

    Xatırladaq ki, iyunun 7-də naməlum şəxslərin İran parlamentinin binasına və ayətullah Xomeyninin məqbərəsinə silahlı hücumu nəticəsində 17 nəfər ölüb, 52 nəfər isə yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi