Yuxarı

İranda təhlükəli "nüvə casusu" saxlanılıb

O, İran və Kanada vətəndaşıdır

Bakı. 28 avqust. REPORT.AZ/ İranda beynəlxalq vasitəçilərlə Tehranın nüvə proqramı üzrə danışıqlarda iştirak edən qrupun üzvü müvəqqəti olaraq saxlanılıb. O, casusluqda ittiham olunur.

"Report" xəbər verir ki, bu barədə ölkənin məhkəmə orqanlarının nümayəndəsi Qulamhüseyn Möhsün Ejei məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxs bir neçə gün həbsdə qalıb, daha sonra zaminə buraxılıb.

İran mətbuatının məlumatına görə, şübhəli şəxsin adı Əbdülrəsul Dorri İsfəhanidir və onun İran və Kanada vətəndaşlığı var. IRNA Möhsün Ejeiyə istinadən xəbər verir ki, saxlanılan şəxsin təqsiri hələ sübuta yetirilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi