İranda spirtli içkidən 10 nəfər ölüb, 118 nəfər zəhərlənib

İranda spirtli içkidən 10 nəfər ölüb, 118 nəfər zəhərlənib Bakı. 28 sentyabr. REPORT.AZ/ İranın cənubunda yerləşən Hürmüzqan əyalətinin Bəndərabbas şəhərində 10 nəfər qaçaq yolla ölkəyə gətirilən spritli içkidən istifadə nəticəsində ölüb.
Region
28 Sentyabr , 2018 13:50
İranda spirtli içkidən 10 nəfər ölüb, 118 nəfər zəhərlənib
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ İranın cənubunda yerləşən Hürmüzqan əyalətinin Bəndərabbas şəhərində 10 nəfər qaçaq yolla ölkəyə gətirilən spritli içkidən istifadə nəticəsində ölüb.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu Hürmüzqan Tibb İdarəsinin İctimaiyyətlə əlaqələr müdiri Fatma Nevruzian bildirib.

Onun sözlərinə görə, 118 nəfər alkoqoldan zəhərlənərək xəstəxanaya yerləşdirilib: “Onların bəzilərinin vəziyyəti ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İranda müsəlman vətəndaşlar üçün alkokoqollu içiki içmək bu qadağaya məhəl qoymayanlar şallaqlanırlar.

Xatırladaq ki, sentyabrın 11-də üç nəfər saxta spirtli içki içərək ölmüşdü.

Son xəbərlər

Orphus sistemi