Bakı. 23 iyul. REPORT.AZ/ İranda turistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə iyulun 23-də Tehranın şimalındakı Kərəc-Çalus avomobil yolunda baş verib.
Məlumata görə, avtobus elektrik dirəyinə çırpılaraq aşıb. Nəticədə 16 nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.