İranda qum fırtınasında 140-dan çox adam xəsarət alıb

İranda qum fırtınasında 140-dan çox adam xəsarət alıb Bakı. 8 oktyabr. REPORT.AZ/ İranın cənub-şərqində baş verən qum fırtınası nəticəsində 140-dan çox adam xəsarət alıb.
Region
8 Oktyabr , 2018 16:01
İranda qum fırtınasında 140-dan çox adam xəsarət alıb
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ İranın cənub-şərqində baş verən qum fırtınası nəticəsində 140-dan çox adam xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli böhran idarəetmə orqanının rəhbəri Abdorrəhman Şahnavaziyə istinadən məlumat verib.

Bildirilib ki, oktyabrın 6-dan etibarən Sistan və Bəlucistan ostanının 145 sakini nəfəs, göz və ürək problemləri ilə tibbi yardım almaq üçün müraciət edib. Onlardan 27 nəfəri xəstəxanaya yerləşdirilib.

A.Şahnavazinin sözlərinə görə, küləyin sürəti saatda 104 kilometrə çatıb. Səlahiyyətlilər ostanın müəyyən bölgələrindəki xəstə və yaşlı sakinləri evdə çıxmamağa çağırıblar.

Son xəbərlər

Orphus sistemi