İranda qırıcı təyyarə qəzaya uğrayıb

İranda qırıcı təyyarə qəzaya uğrayıb Bakı. 11 iyul. REPORT.AZ/ İranın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə ölkənin cənub-şərqində qəzaya uğrayıb.
Region
11 İyul , 2018 13:18
İranda qırıcı təyyarə qəzaya uğrayıb

Bakı. 11 iyul. REPORT.AZ/ İranın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə ölkənin cənub-şərqində qəzaya uğrayıb. 

Bu barədə "Report" TASS-a istinadən məlumat verir.

Bildirilir ki, Pakistanın Sistan və Bəlucistan vilayətləri ilə sərhəddə yerləşən Çexbexar ərazisində patrul əməliyyatları aparıldığı zaman F-4 döyüş təyyarəsi qəzaya uğrayıb. Hadisənin səbəbi texniki nasazlıq göstərilir.

Qeyd edək ki, iki pilot katapulta vasitəsilə təyyarədən xilas olub.

Son xəbərlər

Orphus sistemi