İranda qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb - YENİLƏNİB - VİDEO

İranda qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb - YENİLƏNİB - VİDEO Qalıqları axtarmaq üçün 26 alpinist qrupu cəlb edilib
Region
19 Fevral , 2018 15:18
İranda qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb - YENİLƏNİB - VİDEO

Bakı. 19 fevral. REPORT.AZ/ İran dağlarında dünən qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb.

"Report" "Press TV"yə istinadən xəbər verir ki, Tehran-Yasuc reysi üzrə uçuş həyata keçirən təyyarənin qalıqları İsfahan ostanının Səmirom bölgəsinin Dəngözlü və Noqol kəndləri yaxınlığında tapılıb.

Qalıqları axtarmaq üçün 26 alpinist qrupu cəlb edilib. Yaxşı hava şəraiti helikopterlərin və dronların da axtarışda iştirak etməsinə imkan verib və onlar hündürlüyü 4 min metrdən artıq olan 100-dən çox dağ zirvəsini yoxlayıb.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə 66 nəfər - 60 sərnişin, o cümlədən 1 uşaq, 6 ekipaj üzvü olub. Onların hamısı ölüb.


***12:14

Göyərtəsində 66 nəfərin olduğu İranın sərnişin təyyarəsinin qəzaya uğradığı ehtimal olunan bölgədə hava şəraiti yaxşılaşıb.

"Report" "Press TV" telekanalına istinadən xəbər verir ki, bununla əlaqədar bölgədə axtarış işləri bərpa olunub.

Qeyd edək ki, dünən rəsmilər əlvarişsiz hava səbəbinə görə təyyarə qəzasının baş verdiyi güman edilən bölgədə axtarışı dayandırmışdı.

Hazırda axtarış əməliyyatında helikopterlər və axtarış qrupları iştirak edir. Mütəxəssislər qəza bölgəsinə müxtəlif tərəflərdən yaxınlaşmaq niyyətindədirlər.

Xatırladaq ki, "Aseman Airlines" aviaşirkətinə məxssu "ATR-72" təyyarəsi fevralın 18-də Tehran-Yasuc reysini yerinə yetirərkən havaya qalxdıqdan təxminən 50 dəqiqə sonra radardan itib. Təyyarə İranın İsfahan ostanının Səmirom şəhərinin yaxınlığında Dena dağ silsiləsinə çırpılıb.

Təyyarədə 66 nəfər - 60 sərnişin, o cümlədən 1 uşaq, 6 ekipaj üzvü olub. Onların hamısı ölüb.

Son xəbərlər

Orphus sistemi