İranda qasırğa zamanı 18 nəfər xəsarət alıb

İranda qasırğa zamanı 18 nəfər xəsarət alıb Bakı. 12 iyun. REPORT.AZ/ İranın Tehran əyalətində güclü yağış və qasırğa nəticəsində azı 18 nəfər xəsarət alıb.
Region
12 İyun , 2018 02:51
İranda qasırğa zamanı 18 nəfər xəsarət alıb

Bakı. 12 iyun. REPORT.AZ/ İranın Tehran əyalətində güclü yağış və qasırğa nəticəsində azı 18 nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə əyalətin qəza-xilasetmə xidmətinə istinadən IRNA məlumat yayıb.

Agentliyin məlumatına görə, Tehran əyalətində güclü yağışlar və qasırğa bazar ertəsi axşam olub. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Sürəti saatda 83 km-ə çatan qasırğa küləyi və güclü yağış zərər çəkmiş rayonlarda ağacların və işıq dirəklərinin aşmasına səbəb olub, həmçinin binaların fasadları dağılıb.

Son xəbərlər

Orphus sistemi