Bakı. 20 fevral. REPORT.AZ/ Gələn il fevralın 26-da İranda növbəti parlament seçkiləri keçiriləcək.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda qərar İran Nəzarət Şurasının (bu qurum bütün seçkilərdə namizədlərin yoxlanılmasına məsuliyyət daşıyır ) iclasında qəbul olunub. Qərar Daxili İşlər Nazirliyi ilə də razılaşdırılıb.
Xatırladaq ki, sonuncu parlament seçkisinin birinci turu 2012-ci il martın 2-də, ikinci tur isə həmin il mayın 4-də keçirilib.
İran parlamentinə 290 deputat 4 il müddətinə seçilir.
2016-cı il fevralın 26-da, həm də Dini Ekspertlər Şurasına, ölkənin ali rəhbərini təsdiqləyən quruma da seçkilər keçiriləcək. Bu Şuraya isə 86 din xadimi ümumxalq səsverməsi ilə seçilir.