İranda parlament seçkilərinin ikinci turu başlayıb

İranda parlament seçkilərinin ikinci turu başlayıb Bu mərhələdə 69 yerə 136 nəfər namizədliyini irəli sürüb
Region
29 Aprel , 2016 09:11
İranda parlament seçkilərinin ikinci turu başlayıb

Bakı. 29 aprel. REPORT.AZ/ İran İslam Şura Məclisinə seçkilərin ikinci turu başlayıb.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, ölkənin 21 əyalətində 55 dairə üzrə 69 yerə 136 nəfər namizədliyini irəli sürüb. Onların 53-ü mühafizəkar, 38-i islahatçı xətt tərəfdarı, 45-i isə müstəqil namizəd sayılır.

İkinci turda 17 milyon seçicinin səsvermədə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, İranda parlament seçkiləri bu ilin fevralın 26-da keçirilib. Həmin tarixdə parlamentdəki 290 yerə 221 deputat seçilə bilib. Onların 46 faizi mühafizəkar, 37,5 faizi islahatçı, 16,5 faizi isə tərəfsiz sayılır. 

Son xəbərlər

Orphus sistemi