İranda Od çərşənbəsində 406 nəfər xəsarət alıb

İranda Od çərşənbəsində 406 nəfər xəsarət alıb Bakı. 14 mart. REPORT.AZ/ İranda Novruz bayramından əvvəl keçirilən od çərşənbəsində 406 nəfər xəsarət alıb.
Region
14 Mart , 2018 02:23
İranda Od çərşənbəsində 406 nəfər xəsarət alıb

Bakı. 14 mart. REPORT.AZ/ İranda Novruz bayramından əvvəl keçirilən od çərşənbəsində 406 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü ölüb. Qeyd edilir ki, iranlılar digər bəzi Şərq xalqları kimi çərşənbə mərasimində tonqalın üstündən tullanır, pirotexniki vasitələrdən istifadə edirlər.

Çərşənbə mərasimləri 1979-cu ildən başlayaraq dindarların tənqidinə məruz qalır. Onların sözlərinə görə, Od çərşənbəsi İslama uyğun deyil və şəriətə əsaslanmır.

Son xəbərlər

Orphus sistemi