İranda növbəti dəfə zəlzələ olub

İranda növbəti dəfə zəlzələ olub Bakı. 23 iyul. REPORT.AZ/ İranın cənub-şərqində Kerman vilayətində növbəti zəlzələ olub.
Region
23 İyul , 2018 05:34
İranda növbəti dəfə zəlzələ olub

Bakı. 23 iyul. REPORT.AZ/ İranın cənub-şərqində Kerman vilayətində növbəti zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "İSNA" agentliyi Tehran Universitetinin Geofizika İnstitutunun Seymsoloji Mərkəzinə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, birinci yeraltı təkan vilayətin cənub-şərqində, yerli vaxtla saat 01:09-da qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, İranın qərbindəki Kermanşah vilayətində ötən gün baş verən 5,9 maqnitudalı zəlzələ zamanı 287 nəfər xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi