İranda koronavirusdan ölənlərin sayı 15-ə çatdı - YENİLƏNİB-2

İranda koronavirusdan ölənlərin sayı 15-ə çatdı - YENİLƏNİB-2 İranda koronavirusdan ölənlərin sayı 15 nəfərə çatıb.
Region
25 Fevral , 2020 13:43
İranda koronavirusdan ölənlərin sayı 15-ə çatdı - YENİLƏNİB-2

İranda koronavirusdan ölənlərin sayı 15 nəfərə çatıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə 95 nəfərə koronavirus diaqnozu qoyulub. Ümumilikdə ölkənin 13 - Tehran, Qum, Xorasan Rəzəvi, Gilan, Mazandaran, Həmədan, İsfahan, Mərkəzi, Əlborz, Simnan, Kermanşah, Fars və Hörmüzqan əyalətlərində koronavirus qeydə alınıb. Bu günədək 24 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. 

İran Səhiyyə Nazirliyi ölkə vətəndaşlarına zərurət yaranmadığı təqdirdə evdən bayıra çıxmamağı tövsiyə edib. 


*** 10:42

İrandan koronavirus infeksiyasından ölənlərin sayı yenidən artıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin rəsmi nümayəndəsi verib.

Məlumata görə, ölkədən yoluxmadan ölənlərin sayı 14-ə çatıb.


*** 24 fevral, saat 21:27

İranda yeni növ koronavirusdan ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı IRNA agentliyi yayıb.

Bildirilib ki, ölkənin 10 - Tehran, Qum, Gilan, Mazandaran, Simnan, Əlborz, İsfahan, Mərkəzi, Həmədan, Xorasan Rəzəvi əyalətlərində koronavirusa yoluxma halı təsdiqlənib.

Ümumilikdə 61 nəfərə koronavirus diaqnozu qoyulub. Bunlardan 13-ü ölüb, 3-ü isə sağalıb.

Son xəbərlər

Orphus sistemi